Tramp Qətərə gedib | VİDEO

   Tramp Qətərə gedib |    VİDEO
  14 May 2025    Oxunub:392
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının ardınca Qətərin paytaxtı Doha şəhərinə yollanıb.
Məlumata görə, Tramp Qətər Əmiri Təmim bin Həməd Al Sani ilə görüş keçirib. O, Al Sani ilə uzunmüddətli dostluğunu diqqətə çatdıraraq bu dostluğun "regiona sülh gətirəcəyini" söyləyib.

Bildirilir ki, tərəflərin görüşü çərçivəsində rəsmi Doha ABŞ-də müxtəlif sahələrə yüz milyardlarla dollar sərmayə qoyacağını açıqlayacaq. Eyni zamanda, "Qatar Airways"in "Boeing"dən yüzə yaxın geniş gövdəli təyyarə almaq üçün müqaviləni ictimaiyyəti açıqlaması da gözlənilir.

Xatırladaq ki, Donald Tramp Yaxın Şərqə dördgünlük səfərə yollanıb. O, əvvəla Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Körfəz Əməkdaşlıq Şurası liderləri, habelə Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərrəə ilə görüşüb. Görüşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da videozənglə qoşulub.
Tramp: "İran şərtlərimizi yerinə yetirməlidir"

Donald Tramp Qətərin ardınca Birləşmiş Ərəb Əmirliklərinə səfəri planlaşdırılır. Bu, ABŞ liderinin ikinci prezidentliyi dövründə ilk böyük xarici səfəridir. Onun növbəti dayanacaq kimi birbaşa Türkiyəyə yollana biləcəyi istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qətər   Yaxın-Şərq   səfər  





Xəbər lenti